Big Store MMC 2016-ci ildə Azərbaycanda təsis olunub və müasir istixana texnologiyalarından istifadə edərək keyfiyyətli pomidor istehsalına başlamışdır.
Biz yerli və xarici bazarları hədəfləyirik. Xüsusilə marketlərə və topdan satış müştərilərinə istiqamətlənirik.
Big Store MMC ISO 22000 Qida Təhlukəsizliyi Sertifikatına malikdir.Bu, məhsullarımızın keyfiyyətinin beynəlxalq standartlara uyğun olduğunu göstərir.
Big Store MMC-nin missiyası istehlakçılara ekoloji təmiz, təbii və dadlı pomidor təqdim etməkdir.

İstixanamızda müasir texnologiyalar və ən yaxşı təcrübələrdən istifadə olunaraq təbii və sağlam tərəvəzlər yetişdirilir.

Müştərilərimizin məmnuniyyəti bizim üçün prioritetdir. Onların istək və tələblərini dinləyir, ən yaxşı xidmət göstərmək üçün çalışırıq.

Biz təbiətə və gələcək nəsillərə hörmətlə yanaşırıq.
Məhsullarımız tamamilə ekoloji təmizdir.




Big Store MMC-nin əsas məhsulu pomidordur. Aşağıda məşur pomidor növlərimiz qeyd olunmuşdur.
Klassik dad və yüksək qidalılıq dəyəri
Saxlama müddəti: Temperaturdan asılı olaraq 15-20 gün
Az turşuluq, vitaminlərlə zəngin, unikal dad xüsusiyyətləri, saxlama müddəti: 20-30 gün.
Bizim əsas məqsədimiz müştərilərimizə ekoloji təmiz, təbii və yüksək keyfiyyətli pomidorlar təqdim etməkdir.Pomidorlarımız tamamilə orqanik metodlarla yetişdirilir və xüsusi diqqətlə qablaşdırılır.Ətraf mühitin qorunmasını əsas götürərək istehsal prosesimizdə minimal kimyəvi maddələrdən istifadə edirik.Daha ətraflı suallarınız üçün bölmələrə baxa bilərsiniz.
Pomidorlarımız müasir istixanalarda yetişdirilir, orqanik gübrələrdən istifadə edilir, arılarla tozlanır və bioloji mübarizə üsulları tətbiq edilir.Bu, məhsullarımızın tamamilə ekoloji təmiz olmasını təmin edir.
Bəli, biz əsasən topdan satışla məşğul oluruq və yerli, həmçinin beynəlxalq bazarlara məhsul təqdim edirik.
Pomidorlarımız xüsusi dizayn olunmuş qablaşdırma vasitəsilə daşınır ki, bu da onların təzəliyini və keyfiyyətini qorumağa kömək edir.
Biz müxtəlif yüksək keyfiyyətli pomidor növləri yetişdiririk, o cümlədən Çempion (klassik çəhrayı pomidorlar) və Marvelance (unikal dada malik salxım pomidorlar).